ABŞ prezidenti Donald Tramp tərəfindən əmək naziri vəzifəsinə namizədliyi irəli sürülmüş sahibkar Endryu Pazdır qanunsuz mühaciri işə götürdükdən sonra yaranan qalmaqal ilə əlaqədar namizədliyini geri götürməli olub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, o, Tramp tərəfindən irəli sürülən və posta təsdiqlənməyən ilk namizəddir.
“Vəziyyəti diqqətlə araşdırdıqdan və onun ailəsi ilə müzakirə etdikdən sonra, mən əmək naziri vəzifəsinə irəli sürülən namizədliyimi geri götürmək qərarına gəldim. Administrasiya üzvü olmayacağıma baxmayaraq, mən prezidenti və onun komandasını dəstəkləyirəm”, – sahibkarın bəyanatında deyilir.
Pazdır bir neçə respublikaçı-senatın dəstəyini itirib, səbəb isə artıq beş ildir onun yanında çalışan qanunsuz mühaciri işə almasıdır.
N.O.
www.oxu.az