Türkiyə türkcəsi AŞPA-nın rəsmi dillərindən biri olacaq.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri, baş müzakirəçi Egemen Bağış deyib.
“Önümüzdəki ildən etibarən Avropa Şurası Parlament Assambleyasının yayımladığı bütün sənədlər türk dilində də yayımlanacaq” – deyə o qeyd edib.
E.Bağış onu da əlavə edib ki, AŞPA komissiya iclaslarının sinxron tərcümələri türkcə də olacaq.
Qeyd edək ki, hazırda AŞPA-da rəsmi olaraq qurumun bütün sessiyaları ingilis və fransız dillərində keçirilir.