Türkiyədə PKK terror təşkilatına qarşı antiterror əməliyyatları davam edir.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünən Şırnak, Nusaybin və Yüksəkovada aparılan əməliyyatlar zamanı 22 PKK terrorçusu zərərsizləşdirilib.
Antiterror əməliyyatları zamanı dünən və bu gün səhər 2 polis məmuru, bu gün isə Nusaybində 3 əsgər şəhid olub.
16:04
Türkiyənin cənub-şərqində Mardin vilayətinin Nusaybin şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı partlayış baş verib, Oxu.Az Sabah qəzetinə istinadən xəbər verir.
Kustar üsulla hazırlanmış partlayıcı qurğununu işə düşməsi nəticəsində bir polis işçisi şəhid olub.
Mardin vilayətinin höküməti Nusaybin şəhərində komendant saatı elan etdikdən sonra Türkiyə SQ və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin küçələrində quraşdırılmış süni sədlərin aradan qaqldırılması üçün xüsusi əməliyyata başlayıblar.