Hazırda Türkiyə boğazlarından Qara dənizə keçən gəmilərin hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Türkiyənin rəsmi şəxslərinə istinadən məlumat yayıb.
"Keçid Montrö Konvensiyasına uyğun olaraq sərbəstdir", - deyə agentlik bildirib.
Qeyd edək ki, daha əvvəl "Bloomberg" Türkiyə hökumətinin regionda Rusiya və Ukraynanın gəmilərə hücumlarının artmasından narahat olması fonunda kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırdığını yazmışdı.
Qaynar xətt:
(055) 224 12 12