Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınlar üçün nəzərdə tutulan baş örtüyü qadağası aradan qaldırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, Türkiyə ordusunda xidmət edən qadın zabit və gizirlər bundan sonra başlarını örtə biləcəklər.
Qərar müdavimlərə də şamil olunacaq.
N.О.