Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, ordu generalı Hulusi Akar bu gün bəyan edib ki, Türkiyə ordusunun Əl-Babdakı əməliyyatı sona çatıb.
Oxu.Az bu barədə NTV-yə istinadən xəbər verir.
General bəyanatını səfərdə olduğu Dohada edib. O, jurnalistlərə Suriyanın Əl-Bab şəhərindəki vəziyyətdən danışıb.
Generalın sözlərinə görə, şəhər alınıb və hazırda orada təmizləmə, minaların axtarışı və zərərsizləşdirilməsi işləri aparılır.
N.O.
www.oxu.az