Türkiyə Hərbi Qüvvələri tankları Suriya ərazisinə daxil olub.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Baş Qərargahı yayıb.
Məlumatda həmçinin bildirilir ki, Türkiyə silahli qüvvələrinin Suriyadakı hərbi əməliyyatı “Fərat qalxanı” adını keçirilir. Əməliyyatlara isə generalın Zekai Aksakallı rəhbərlik edir.
10:41
Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularından azadetmə əməliyyatına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Ankaradakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.
Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endiriblər.
Bu əməliyyatın yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.
Bundan başqa əməliyyat Türkiyə dövlətinə və xalqına təhdid yaradan və hücumlar həyata keçirən terror təşkilatı ilə mübarizəyə, eləcə də bu sahədə koalisiya və beynəlxalq ictimaiyyət ilə əməkdaşlığın davam etdirilməsinə istiqamətlənib.