Türkiyədə dövlət çevrilişində ittiham edilən Fətullah Gülən ilə əlaqədə şübhəli bilinən 540 hərbi qulluqçu müvəqqəti olaraq vəzifəsindən azad edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi ölkənin Baş Qərargahının bəyanatına istinadən məlumat verir.
Bildirilir ki, Hərbi Hava Qüvvələrində 427, Hərbi Dəniz Qüvvələrində isə 113 nəfər işdən çıxarılıb. Onlardan 368-i zabitdir.
S.B.
www.oxu.az