Türkiyənin Hakkari əyalətində hərbçilərlə PKK yaraqlıları arasında atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün Türkiyənin “Hurriyet” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisə nəticəsində Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi ölüb, beş isə yaralanıb.
Atışma yerinə əlavə qüvvələr göndərilib.
S.B.
www.oxu.az