Türkiyədə faciə baş verib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Konya şəhərində Lunaparkda insanlarla dolu attraksionun halqası sıradan çıxıb.
Attraksion insanları 25 metr hündürlüyə qaldırıb, yerə çatmağına 2 metr qalmış tros qırılıb və attraksion platformaya çırpılıb.
Qəza nəticəsində 10 nəfər yaralanıb.
Z.Q.
www.oxu.az