Türkiyə parlamenti hökümətin ölkədə fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadılması barədə qərarını təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bununla da, Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 19-dək qüvvədə olacaq.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Fövqəladə vəziyyət rejimi bundan əvvəl 3-cü dəfə uzadılıb.
08:44
Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejimini 3 ay müddətinə uzadıb və qərarın təsdiqlənməsi ilə bağlı sorğu parlamentə göndərilib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.
“Milli Təhlükəsizlik Şurasının fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması ilə bağlı tövsiyəsi var. Biz bu qərarı qəbul etdik. Çərşənbə günü o, təsdiq edilməsi üçün parlamentə daxil olacaq”, - deyə Kurtulmuş Ankarada jurnalistlərə bildirib.
Türkiyədə fövqəladə vəziyyət rejimi ötən ilin iyun ayında baş verən dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib. O, daha sonradan üç ay müddətinə uzadılıb.
A.S.
www.oxu.az