Ermənistanın Şirak vilayətinin polis idarəsi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisinin itkin düşdüyü barədə məlumat yayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə yerli idarənin nümayəndəsi məlumat verib.
“İlkin məlumata görə, hərbi qulluqçu Dmitri Loşmanov aprelin 16-da hərbi hissəni tərk edib və geri qayıtmayıb”, - məlumatda deyilir.
Erməni KİV-in məlumatına əsasən, hərbi qulluqçu müqavilə əsasında xidmət edirdi və ümumi yataqxanada yaşayırdı. Hazırda onun barəsində axtarış elan edilib.
S.B.
www.oxu.az