Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə göyərçin onu xilas edən kişidən əl çəkmir
Türkiyədə bir kişi xilas etdiyi göyərçinə Osman adını qoyaraq onunla ən yaxın dost olub.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Habertürk" nəşri yazır.
Məlumata görə, quş indi hər yerdə - hətta işə gedərkən də öz xilaskarını izləyir. Onların qeyri-adi dostluğu artıq geniş diqqət çəkib.
"Mən onu yedizdirdim və böyütdüm. Göyərçinim həmişə yanımdadır, məni tərk etmir. Biz bir-birimizi sevirik və hara gediriksə, həmişə birlikdəyik", - deyə göyərçini xilas edən Türkiyə sakini bildirib.
"Göyərçin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar