Türkiyədə Diyarbəkr vilayətinin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı artıb.
Oxu.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən 25 yaralıdan isə 2-i polis, 2-i mülki şəxs olmaqla, 4-ü həyatını itirib. Bununla, partlayış nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə çatıb.
16:06
Türkiyənin Diyarbəkir əyalətinin Çinar və Bismil rayonları arasındakı polis nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Oxu.Az “Haberturk”ə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 metr dərinliyində, 10 metr genişliyində çuxur yaranıb.
15:45
Türkiyənin cənubi-şərqində yerləşən Diyarbəkir şəhəri yaxınlığında partlayış baş verib, yaralananlar var.
Oxu.Az xəbər verir ki, bu barədə “Dogan News Agency” məlumat yayıb.
Partlayıcı qurğu Diyarbəkir və Bismil dairəsi arasındakı yolda işə düşüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib.