Türkiyənin cənub-şərqində Hakkari vilayətində PKK terror qruplaşmasının yaraqlıları ilə türk hərbçilər arasında baş verən atışma zamanı üç hərbi qulluqçu həlak olub, daha 23 əsgər isə yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı şənbə günü, sentyabrın 3-də, Haber 7 qəzeti yayıb.
Toqquşmalar baş verən rayona Türkiyə SQ-nin əlavə qüvvələri göndərilib.
Qeyd edək ki, bundan əvvəl Van əyalətində terror əleyhinə əməliyyat nəticəsində Türkiyə ordusu səkkiz şəhid vermişdir, daha səkkiz hərbçi isə yaralanmışdır.