Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.
Məlumata əsasən, 3 terrorçu-kamikadze binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub.
Atışma zamanı terrorçulardan biri öldürülüb, polis əməkdaşı isə yaralanıb.
N.O.