Türkiyənin Osmaniye şəhərinin Bahçe rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, qəza nəticəsində yeddi nəfər ölüb, 11 nəfər yaralanıb.
Yaralılar Osmaniyedəki müxtəlif xəstəxanalara aparılıblar.
Qəza səbəbindən magistral yolun Qaziantep istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tək zolaqla məhdudlaşdırılıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.