Türkiyənin Ağrı şəhərində PKK terrorçuları mikroavtobusu atəşə tutublar.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində üç nəfər ölüb, daha altı nəfər isə yaralanıb.
Məlumata əsasən, mikroavtobus qanunsuz yolla miqrantları daşıyırdı. Sürücü və digər sərnişinlər hadisə yerindən qaçıblar.
Yaralılar yerli xəstəxanaya çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağırdır.
S.B.
www.oxu.az