Türkiyə hüquq-mühafizə orqanları sosial mediada qorxu və təşviş yaradan paylaşımlarla bağlı araşdırmaya başlayıb.
“Haber Global”ın xəbərinə görə, araşdırma koronavirusla bağlı həqiqətdən kənar paylaşım edilməsi ilə bağlıdır. Hüquq-mühafizə orqanlarının bu barədə açıqlamasında deyilir:
“Saxta hesablarda ölkəmizdə virusun olması ilə bağlı qeyri-real görüntü və səs yazılarının yayılması ölkədə narahatlığa, çaxnaşmaya səbəb olub. Bu yolla xalqı qorxutmaq niyyəti olan şəxslər haqqında lazımi araşdırmalara başlanılıb və onlar ən qısa zamanda məhkəmə orqanlarına göndəriləcək”.