Türkiyədə daha bir terror olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir.
Qaziantep bölgəsində yerləşən alış-veriş mərkəzlərindən birində atışma olub.
İki naməlum şəxs bayram alış-verişi edən insanlara atəş açıb.
Hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralılardan 25 yaşlı Tülay Gülderen başından güllə yarası alıb və xəstəxanada həyatını itirib.
N.O.