Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Üç ölkə Slovakiya baş nazirinin təyyarəsinin Rusiyaya uçmasına qadağa qoyub
Latviya, Litva və Estoniya Slovakiyanın Baş naziri Robert Fitsonun təyyarəsinin Rusiyaya uçması üçün öz hava məkanlarını açmaqdan imtina ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Slovakiyanın "Pravda" nəşri məlumat yayıb.
Slovakiyanın baş naziri öz "Facebook" hesabında bildirib ki, məqsəd onun Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirakına yol verməməkdir.
Hazırda R.Fitsonun təyyarəsinin Rusiyaya uçması üçün alternativ marşrut axtarılır.
"Robert Fitso" teqi üzrə xəbərlər
- Slovakiya baş nazirinin səhhəti pisləşib
- Robert Fitso: "Slovakiya qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır"
- Fitso: "Ukraynaya bir sent belə göndərməyəcəyəm"
- Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı qərarını bloklaya bilər
- Parisdə keçiriləcək sammitdə Ukraynaya qoşun göndərilməsi məsələsi müzakirə ediləcək
Ən çox oxunanlar