Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Volqoqradda PUA hücumu nəticəsində neft bazasında güclü yanğın olub
Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinin Rodionovo-Nesvetayski rayonuna təşkil etdiyi hava hücumu nəticəsində elektrik yarımstansiyasında güclü yanğın baş verib.
Qeyd olunur ki, yanğın 60 kvadratmetr sahəni əhatə edib.
Eyni zamanda, Volqoqrad vilayəti də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Yerli qurumların məlumatına görə, PUA hücumu nəticəsində Frolovo şəhərindəki yarımstansiyada və Kalaç-na-Don şəhərində neft bazasında güclü yanğın baş verib.
Mənbə: Baza
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinə endirdiyi raket zərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.
"Yaralılardan ikisinin vəziyyəti ağırdır" - Qubernator qeyd edib.
O həmçinin əlavə edib ki, təkcə son hücum nəticəsində 160-a yaxın mənzil, 60 fərdi ev və 140-a yaxın avtomobilə ziyan dəyib.
Rəylər