Ukraynada Donbass münaqişəsi zamanı ölən əsgər və zabitlərin sayı açıqlanıb.
Oxu.Az “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, Ukraynanın hərbi prokurorluğunun hesablamalarına əsasən, Ukrayna Hərbi Qüvvələrinin qeyri-döyüşlərdə verdiyi itkilər 10 mindən artıqdır. Bu isə döyüşlər zamanı ölən hərbçilərdən 4 dəfə çoxdur.
Hərbçilərin ölümünə isə təlimatların yerinə yetirilməməsi, silahla məsuliyyətsiz davranış, mübahisələr və içki aludəçiliyi səbəb olub.
A.M.