Ukrayna Rusiyaya qarşı iddia ərizəsini Beynəlxalq Məhkəməyə təqdim edib.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski yazıb.
“Rusiya təcavüzə haqq qazandırmaq üçün soyqırım anlayışı ilə manipulyasiya etdiyinə görə məsuliyyət daşımalıdır. Biz Rusiyanın hərbi fəaliyyətini dərhal dayandırmasını tələb edən təcili qərarın verilməsini xahiş edirik və məhkəmənin gələn həftə başlamasını gözləyirik”, -deyə o, qeyd edib.
Ukraine has submitted its application against Russia to the ICJ. Russia must be held accountable for manipulating the notion of genocide to justify aggression. We request an urgent decision ordering Russia to cease military activity now and expect trials to start next week.
— Володимир Зеленський (@ZelenskyyUa) February 27, 2022