Ukraynada Mi-8 helikopteri qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Poltava vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Svetlana Rıbalkoya istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, helikopter televiziya qülləsinə çırpılıb və Poltava vilayətinin Kremençuq şəhərində yerə düşüb. Hadisə zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı qəza zamanı həlak olub.
Mətbuat katibinin sözlərinə görə, vertolyot xüsusi aviaşirkətə məxsus olub və təlim-məşq uçuşu keçirirmiş.
A.M.
www.oxu.az