Ukrayna prezidenti Petro Poroşenkonun xanımı Marina Poroşenko mayın 7-də Kiyevdə “Eurovision” mahnı müsabiqəsinin açılış mərasimində çıxış edib.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, ingilis-dilində çətinliklə çıxış edən birinci xanımın nitqi tənqid olunub.
Belə ki, o, bütün mətni əzbər öyrənsə də, çıxışı zamanı sözləri xatırlamağa çalışıb və uzunmüddətli fasilələr vermək məcburiyyətində qalıb.
A.M.