“United Airlines” aviaşirkəti güclə reysdən çıxarılan sərnişinlə yaşanmış qalmaqaldan sonra əməkdaşlarının öz reysləri ilə gediş qaydalarını dəyişəcək.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Aviadaşıyıcı bundan sonra əməkdaşlarının uçuşa ən geci 1 saat qalmış yer alacağını bildirib. Şirkət bu addımı 69 yaşlı sərnişin, Vyetnam əsilli həkim Devid Dao ilə yaranmış qalmaqaldan sonra atmalı olub.
Aprelin 11-də təhlükəsizlik xidmətinin əməkdaşları Çikaqodan Luisvillə uçmalı olan Daonu sanki təyyarədən sürüyərək çıxarıb. Üstəlik, həkimin iki dişi sınıb, burnu qırılıb.
Daonu göyərtədən aşağı endirməyə səbəb isə “overbukinq” olub: təyyarəyə salonda olan yerlərdən çox bilet satılıb. Eyni zamanda, aviaşirkət növbəti gün başqa şəhərdə işə getməli olan işçilərini göyərtəyə salmalı olub.
N.О.
www.oxu.az