Uqandada inəklə toqquşmaqdan yayınmaq istəyən marşrut avtobus sürücüsü digər avtomobillərə çırpılıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, səkkiz nəfər hadisə yerində, daha altı nəfər isə xəstəxanada ölüb.
Qəza nəticəsində doqquz nəfər yaralanıb. Avtomobillərdən biri tərəfindən vurulan inək də ölüb.
N.O.
www.oxu.az