Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

USAID bütün dünyada qapılarını bağlayır
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşları bütün dünyada inzibati məzuniyyətə gedəcəklər.
Oxu.Az-ın məlumatına görə, bu barədə agentliyin özü elan edib.
Bildirilib ki, bu, şənbə gününə - 8 fevral tarixinə nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp agentliyin "ifrat radikallar" tərəfindən idarə olunduğunu və Ağ Ev Administrasiyasının onun fəaliyyətinin dayandırılması üzərində işlədiyini bildirib. Bundan sonra Vaşinqtonda USAID-in baş qərargahı bağlandı.
Ağ Ev həmçinin agentliyin ən mübahisəli xərclərinin siyahısını açıqlayıb. Hakimiyyət qeyd edib ki, USAID onilliklər ərzində vergi ödəyicilərinin böyük vəsaitlərini çox vaxt şübhə doğuran layihələrə yönəldib.
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- USAID-də əməkdaşlara gizli və şəxsi qeydləri yandırmaq əmr olundu
- ABŞ USAID proqramlarının 83 faizini bağlayır
- Ermənistan USAID vasitəsilə 110 milyon dollar alıb: XİN-dən açıqlama
- ABŞ-də USAID-in qərargahı 11 milyon dollar qənaət etməyə imkan yaratdı
- Moldovanın eks-prezidenti Dodon USAID-i ittiham etdi