Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Moskvada qəribə hadisə: Kişi maşınını almaqdan imtina edən şəxsi OĞURLADI
Rusiyanın paytaxtı Moskvada qəribə və bir o qədər də maraqlı hadisə baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, şəhərin Qərb inzibati dairəsinin Filevski Parkı ərazisində iki kişi arasında baş verən dava zamanı birinin digərini oğurladığı anın görüntüləri müşahidə kameralarına əks olunub.
Məlum olub ki, hadisə avtomobil alqı-satqısı səbəbindən baş verib. Maşını almaq istəyən kişi avtomobilin vəziyyətindən razı qalmayıb və bu barədə satan şəxsə narazılığını bildirib. Satıcı kişi isə tapançanı çıxarıb və atəş açıb. Daha sonra o, alıcını maşına qoyaraq oğurlayıb və naməlum istiqamətə aparıb.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb.
Moskva polisi araşdırmaya başlayıb.
"Rusiya" teqi üzrə xəbərlər
- Tramp Rusiyaya qarşı sərt mövqe tutduğunu açıqlayıb
- Mükəmməlliyə cəhd problemlər yarada bilər - Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI
- Tramp: "Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır"
- Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi
- Kit Kelloq: "Tramp müharibəni 24 saata bitirəcəyinə söz vermişdi, lakin hansı gündə deməmişdi"