Sakit okeanın cənub-qərbində yerləşən ada dövləti olan Vanuatu Respublikası sahillərində 5.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Məlumata görə, zəlzələnin episentri təxminən 1 100 nəfərin yaşadığı Sola şəhərindən 98 kilometr qərbdə yerləşib, zəlzələ ocağı 35 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.