ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib ki, Rusiya “Şərq tərəfdaşlığı” ölkələrinə təzyiq edir.
Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir.
Harfın sözlərinə görə, ABŞ “Şərq tərəfdaşlığı” ölkələrində iqtisadi və sosial təşəbbüslərinə dəstək verməyə hazırlaşır.
“Bu, Rusiyanın bütün region üzrə təzyiqi və dezinformasiyasının artdığı bir zaman xüsusilə vacibdir”, - o əlavə edib.
Öncə verilən məlumata əsasən, “Şərq tərəfdaşlığı” sammiti Rusiyadan yan keçməklə qaz kəmərinin yaradılmasını dəstəkləyir.