"Volkswagen" (VW) avtomobil konserni cari ilin sonuna qədər 19 000 əməkdaşını ixtisar etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İxtisarlar "Volkswagen"in xərcləri azaltmaq üzrə genişmiqyaslı planlarının bir hissəsidir. Son illərdə şirkət tələbatın zəifləməsi, elektromobillərin satışı ilə bağlı çətinliklər və Çin korporasiyaları tərəfindən rəqabətin güclənməsi səbəbindən ciddi problemlərlə üzləşir.
Hələ 2024-cü ildə "Volkswagen" zavodları bağlamağa və on minlərlə əməkdaşı ixtisar etməyə məcbur olacağını bəyan etmişdi. İxtisarlar 2030-cu ilə qədər işçi sayının 28 000 nəfər azaldılması üzrə nəzərdə tutulan planın bir hissəsidir.