Avstriyanın paytaxtı Vyanada iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 9 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Vyana polisinin məlumatında bildirilir.
“İki sərnişin qatarının toqquşması nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib, ölən yoxdur”, məlumatda qeyd olunur.
Qəzanın səbəbləri araşdırılır.
www.oxu.az