Ukraynalı fotoqraf sosial şəbəkələrdən asılılığın təhlükəsini göstərib.
İnsanlar sosial şəbəkələrə çox tez-tez daxil olurlar. Bu, təəccüblü deyil, belə ki, sosial şəbəkələr yalnız ora daxil olduğun halda yaşaya biləcəyin möcüzəli dünyadır. Alimlər həyəcan təbili çalır: çünki sosial şəbəkələrə marağın o biri və yetərincə təhlükəli üzü var.
Oxu.Az Lenta.ru-ya istinadən Artur Bondarın fotolayihəsində elektron qaccetlərin şəhər sakinlərini real həyatdan ayırmasını göstərib.

Foto: Artur Bondar
“Müasir cəmiyyətin internet məkana inteqrasiyası praktiki olaraq ani şəkildə baş verir. Harada – trolleybus, metro, ticarət mərkəzi və ya sadəcə küçədə olmağınızdan heç nə asılı deyil – siz hər zaman əlində qaccet olan, sosial şəbəkədə xəbərləri oxuyan və ya çatda yazışan şəxsə rast gələcəksiniz”, - fotoqraf qeyd edir.

Foto: Artur Bondar
Bondar meqapolisin sakinlərinin sosial şəbəkələrə aludəçiliyinə təəccüblənir. “Tələbələr, hətta o qədər aludə olurlar ki, yeməyi unudurlar”, – fotoqraf deyir.

Foto: Artur Bondar
Mobil internet gündəlik həyata getdikcə daha çox inteqrasiya edir. Dünya əhalisinin 51%-də mobil telefon var, 27%-də əhali isə onların yardımı ilə sosial şəbəkələrə daxil olur.

Foto: Artur Bondar
Dünyada ən məşhur sosial şəbəkə “Facebook”dur. 2016-cı ildə onun auditoriyası 1,71 milyard nəfəri keçib. Bura ayda ən azı 1,712 milyard istifadəçi daxil olur.

Foto: Artur Bondar
Dünyada ən məşhur messencerlər - “Facebook Messеnger” və “WhatsApp”dır. Onların hər birindən milyarddan çox adam istifadə edir.

Foto: Artur Bondar
Rusiyada gənclərin 80%-i gündə ən azı bir dəfə sosial şəbəkələrə daxil olur. Hər onuncu rusiyalı daima onlayndır.

Foto: Artur Bondar
Alimlər sosial şəbəkələrin insan psixikasına təsirini müəyyən etməyə çalışır. Tədqiqatların nəticələri təzadlıdır. Bəzi müşahidələrə görə, sosial şəbəkələrdən fəal istifadə ömrü uzadır.
Foto: Artur Bondar
Digər tərəfdən tədqiqatçılar iddia edirlər ki, sosial şəbəkələr qadın psixikasını məhv edir. “Facebook”, “Instagram” və digər platformalar qızların özünü qiymətləndirməsinə mənfi təsir edir. Belə ki, onlar özlərini ideallar ilə müqayisə edirlər. Nəticədə qeyri-cazibədar və bədbəxt hiss edirlər.

Foto: Artur Bondar
Sosioloqlar aşkar ediblər ki, sosial şəbəkələr ailə dəyərlərinə də mənfi təsir edir. Alimlərin apardığı sorğuda 1100 tələbə iştirak edib. Nəticədə müəyyən edilib ki, insan internetdə nə qədər çox vaxt keçirərsə, onun üçün ailə, mənəviyyat bir o qədər mahiyyətini itirir.

Foto: Artur Bondar
Bu yaxınlarda alimlər insanların sosial şəbəkələrdən niyə asılı hala düşdüyünü aşkar ediblər. 8,5 min nəfərin davranışını təhlil edərək tədqiqatçılar sosial şəbəkələrə aludəçiliyin dörddə biri genetik meyillilik ilə əlaqədar olduğunu bildiriblər.

Foto: Artur Bondar
Sirr deyil ki, internet istifadəçilərin şəxsi məlumatları üçün təhdiddir. Amma bu insanları narahat etmir. Hər il sosial şəbəkələrdə qeydiyyatdan keçənlərin sayı artır.

Foto: Artur Bondar
Amerika xüsusi xidmət orqanlarının internetin yardımı ilə istənilən şəxs haqqında informasiyanı əldə edə bildiklərini dünyaya danışan Edvard Snouden qlobal təqibdən qorunmağa dair bir neçə məsləhət verib.

Foto: Artur Bondar
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti təhlükəsizlik haqqında düşünmürlər, çoxlarını paylaşımlarının və ya fotolarının dostlarına necə təsir edəcəyi daha çox narahat edir. Gözlənilməz və təəccübləndirəcək rakurslardan şəkil çəkdirmək üçün təhlükəsizlik sərhədlərini aşanlar da olur. Açıq mənbələrdən əldə edilən məlumata görə, 2016-cı ildə bu səbəbdən 73 nəfər ölüb.

Foto: Artur Bondar
Psixiatrlar ehtimal edirlər ki, sosial şəbəkələrdən asılılıq müalicə edilməli bir xəstəlikdir. Rusiyada bununla bəzi narkoloji klinikalar məşğul olur. Həkimlərin sözlərinə görə, insanlar sosial şəbəkələrə “qaçırlar”. Amma nəticədə onlar yalnız və təcrid olunmuş vəziyyətə düşürlər, bəzən gündəlik əlaqəyə hazır olmurlar.

Foto: Artur Bondar
“Texnoloji inkişaf –bizi daha çox insanpərvər etdiyi halda bizim gələcəyimizdir”, - Artur Bondar xatırladıb.
S.S.
www.oxu.az