Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"X" sosial şəbəkəsi Braziliyada fəaliyyətini dayandırdı
İlon Maska məxsus "X" (keçmiş "Twitter") işçiləri üçün təhdidlərə görə Braziliyadakı ofisini bağlayır.
Oxu.Az xəbər verir ki, bu barədə sosial media şirkətinin bəyanatında deyilir: "İşçilərimizin təhlükəsizliyini təmin etmək məqsədilə Braziliyadakı əməliyyatları dərhal dayandırmaq qərarına gəldik".
"X" şirkəti Braziliya hakimi Aleşandri de Moraisin gizli əmrini ələ keçirdiyini iddia edir. Sənəddə "X" nümayəndəliyinin hüquq məsləhətçisinin müəyyən hesabların bloklanması əmrinə əməl etmədiyi təqdirdə həbslə hədələndiyi bildirilir.
Sosial şəbəkə Braziliya istifadəçiləri üçün əlçatan olacaq.
"X sosial şəbəkəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər