Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xərçəngdən qoruyan göbələk növü hansıdır?
Qidalanma sağlamlığın qorunmasında və bəzi xəstəliklərin, o cümlədən xərçəngin qarşısının alınmasında mühüm rol oynayır.
Məsələn, reyşi göbələyi əsasında hazırlanan içkilərdən biri orqanizmi xərçəngdən qoruya bilər.
Mütəxəssislərinin fikrincə, belə göbələklər potensial olaraq xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Bunu araşdırmalar da təsdiqləyir. Belə ki, döş xərçəngindən əziyyət çəkən, lakin xəstəliyə qalib gələrək sağ qalmağı bacaran 4000-dən çox keçmiş xəstə arasında aparılan araşdırma subyektlərin təxminən 59 faizinin reyşi göbələyilə qidalandığını üzə çıxarıb.
Bundan əlavə, ayrı-ayrı laboratoriya tədqiqatları bu məhsulun xərçəng hüceyrələrini məhv etmək qabiliyyətini nümayiş etdirib.
Bununla belə, alimlər reyşi göbələklərinin xərçənglə mübarizəyə yönəlmiş ənənəvi terapiyanı tamamilə əvəz edə bilməyəcəyini vurğulayırlar. Bu məhsullar yalnız bəzi hallarda müalicəni tamamlaya bilər.
Mənbə: ferra.ru
Rəylər