Yaponiyalı tələbə Satoyuki Fudzimura bir dəqiqəyə 296 dəfə çırtıq vuraraq Ginnesin rekordlar kitabına düşüb.
Oxu.Az xəbər verir ki, bubarədə UPİ agentliyi məlumat yayıb.
Rekord “Tantei! Knightscoop” teleşousunda Ginnesin rəsmi hakiminin iştirakı ilə qırılıb. Videoda ona verilən vaxtın sonunda tələbənin yorulduğu görünür. Bəzi çıtmaları çətinliklə vurduğu üçün güclə eşidilirdi.
Hakim video-yazını iki peşəkar səs rejissorunun yardımı ilə izləyib və 296 çırtmanın vurulduğunu müəyyənləşdirib. Əvvəlki rekordun sahibi 18 çırtma az vurmuşdu.
Fudzimura idda edir ki, çırtma vurmağı hələ uşaq ikən anasından öyrənib.
N.O.
www.oxu.az