Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yəhya Sinvar İsraillə atəşkəs imzalamaq istəyir
HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar Tehranla Təl-Əviv arasında vəziyyət gərginləşənə qədər İsraillə atəşkəs imzalamaqda və girovların azad edilməsi ilə bağlı razılığa gəlməkdə maraqlıdır.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" HƏMAS-dakı mənbələrə istinadən məlumat yayıb.
Mənbə iddia edir ki, Y.Sinvar Qəzza zolağından kənarda olan hərəkat rəhbərliyinin nümayəndələrinə mesaj göndərib.
Y.Sinvar mesajında HƏMAS-ın Qətərdəki rəhbərlik üzvlərindən İsraillə danışıqlar prosesinə qarışmamağı istəyib. HƏMAS rəhbəri hesab edir ki, danışıqlarda hərəkatın münaqişədən bir müddət əvvəl Qəzza sektorunu tərk edən rəhbərləri iştirak etməlidirlər.
"Qəzza zolağı" teqi üzrə xəbərlər
- İranın dalana dirənməsinin doqquz səbəbi: SEPAH-ın Tehranı təmizə çıxarmaq cəhdi
- Qəzzadakı insan itkiləri barədə məlumatlar həddindən artıq şişirdilib
- İsrail ordusu HƏMAS-ın silah istehsalı bölməsinin komandirini öldürdüyünü bildirib
- Regionda PKK layihəsinin ləğvi - Suriya Bəşər Əsədin ardınca onu yola salacaq
- HƏMAS - "Hizbullah"- Əsəddən sonra zənciri kim tamamlayacaq?
Rəylər