Yunanıstanın Lesbos adası sahillərində 6.1 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, hadisə yerindən görüntüləri ANA-MPA nəşri dərc edib.
Ölkənin seysmoloji xidmətinin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 15:28-də baş verib.
Şahidlər bildiriblər ki, adada qədim tikililərə ciddi ziyan dəyib.
Bəzi yollarda sürüşmələr baş verib, bir neçə yaşayış məntəqəsi arasında əlaqə kəsilib.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
S.B.
www.oxu.az