Avropa İttifaqı (Aİ) Ukrayna vətəndaşları üçün yayın əvvəlinə qədər viza rejimini ləğv edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman ilə görüşdən sonra Avropa Komissiyasının sədri Jan-Klod Yunker jurnalistlərə bildirib.
Daha öncə Qroysman jurnalistlərə Aİ-nin Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ilə əlaqədar qərarı iyun ayına qədər qəbul edilə bilər. Onun sözlərinə görə, qərara fevralda səs verə bilərlər, üç-dörd ay müddətində isə ukraynalılar üçün viza rejiminin ləğv edilməsinə dair yekun qərar qəbul edilə bilər. AK-nin sədri qeyd edib ki, Ukrayna viza rejiminin ləğv edilməsi üçün bütün 44 şərti yerinə yetirib.
N.O.
www.oxu.az