Zambiyada sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər ölüb, 48 nəfər xəsarət alıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, paytaxt Lusaka şəhərindən ölkənin şərq bölgəsi istiqamətində hərəkət edən avtobus aşıb.
İlkin versiyaya əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 3 yeniyetmə, 6 kişi və 8 qadın həyatını itirib. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.
A.S.
www.oxu.az