Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zelenski ABŞ ilə nadir torpaq metalları haqqında mühüm sənədi imzaladı
Prezident Volodimir Zelenski Ukrayna və ABŞ hökumətləri arasında nadir torpaq metalları haqqında sazişin ratifikasiyasına dair qanunu imzalayıb.
Bu barədə Oxu.Az Ukrayna Ali Radasının saytına istinadən xəbər verir.
Sənəd Ali Radanın mayın 8-də keçirilən iclasında təsdiqlənib. 338 xalq deputatı "lehinə" səs verib.
Xatırladaq ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Ukrayna və ABŞ hər iki tərəfin bərabər iştirakı ilə Bərpa İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalayıblar.
Sənədi Ukrayna baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko və ABŞ-nin maliyyə naziri Skot Bessent imzalayıblar.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Zelenski Trampa Rusiya ilə bağlı məsləhət verdi: "Başqa cür alınmayacaq"
- Zelenski: "Rusiya Odessanı tutaraq, Moldova və Rumıniyanın sərhədlərinə çıxmaq istəyir"
- Ukrayna XİN: "Zelenski NATO, Aİ və G7 sammitlərinə dəvət alıb"
- Zelenski: "Ərazilər haqqında danışıqları mən aparmalıyam"
- Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub