Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zelenski Sum vilayətinin başçısını vəzifəsindən azad etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Sum vilayətinin hərbi administrasiyasının rəhbəri Volodimir Artyuxu tutduğu vəzifədən azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Suspilne" məlumat yayıb.
Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib ki, qərar hökumət tərəfindən dəstəklənib.
Melniçukun sözlərinə görə, onlar Artyuxun yerinə Oleq Qriqorovu təyin etməyi planlaşdırırlar.
Sum vilayətinin ikinci böyük şəhəri olan Konotopun meri Artyom Seminixin Artyuxun istefasını tələb edib. O, Artyuxu aprelin 13-də Suma hücum günü Ukrayna Silahlı Qüvvələrinin 117-ci ərazi müdafiə briqadasının əsgərlərinin mükafatlandırılmasına razılıq verməkdə ittiham edib. Artyux mükafatlandırma mərasiminin baş tutduğunu etiraf edib, lakin tədbirin təşkilatçısı olmadığını bildirib.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Tramp Zelenskini sənədləri dərhal imzalamağa çağırdı
- Trampdan iddia: "Krım Rusiyanın tərkibində qalacaq"
- Kreml Ukraynanın Krımı itirməsi barədə Trampın bəyanatına reaksiya verdi
- Tramp: "Düşünürdüm ki, Zelenski ilə razılığa gəlmək asan olacaq"
- Tramp Zelenskiyə seçim təklif etdi: "Ya sülh, ya da daha üç il müharibə"