Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
O bildirib ki, münaqişə zonasında atəşkəsə hazırlıq prosesi bir aydan çox davam edə bilər.
Ukrayna rəhbəri həmçinin qeyri-müəyyən atəşkəs ideyasına qarşı çıxıb.
"Hərbi əməliyyatların dayandırılmasına dair razılaşmada müddətin aydın şəkildə müəyyən edilməsi son dərəcə vacibdir", - Zelenski vurğulayıb.
Martın 15-də Zelenski sülh danışıqlarına hazırlıq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib. O, döyüşlərin yalnız müəyyən müddətə dayandırılmasında təkid edib.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Tramp Ukraynanı "xilas edəcəyini" vurğuladı: "Bu ölkə çox tezliklə darmadağın olacaq"
- Tramp Zelenskinin Krımdan imtina etmək niyyətindən danışıb
- Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti ilə seçildi, kilsədə inqilabi islahatlar apardı
- Tramp Zelenski ilə söhbətdən sonra sərt danışdı
- Zelenski Vatikanda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb