Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zelenskidən sülh bəyanatı: "Düşündüyümüzdən daha yaxınıq"
"Kursk əməliyyatı başlayandan sonra Rusiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələri bu ərazidən çıxarılana qədər hər hansı sülh danışıqlarını istisna edir. Bununla belə, Zelenski hesab edir ki, münaqişənin sonu hamının düşündüyündən də yaxındır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə RBC.ru nəşrində dərc olunan yazıda bildirilir.
Məlumata görə, ötən gün ABŞ-yə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski "ABC News" telekanalına müsahibəsində Rusiya ilə Ukrayna arasındakı münaqişədən danışıb.
"Düşünürəm ki, biz sülhə düşündüyümüzdən də yaxınıq. Müharibənin sonuna yaxınlaşırıq. Sadəcə, çox güclü olmalıyıq", - deyə Ukrayna prezidenti bildirib.
Onun fikrincə, Ukrayna yalnız güclü mövqedən Rusiya Prezidenti Vladimir Putini münaqişəni bitirməyə təşviq edə bilər.
Qeyd edək ki, Zelenski BMT Baş Assambleyası ərəfəsində ABŞ-yə səfər edib və burada onun çıxışı planlaşdırılıb. Ukrayna prezidentinin həmçinin Co Bayden, eyni zamanda ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla da görüşü planlaşdırılır. Zelenski onlara öz "Qələbə planı"nı təqdim etmək niyyətindədir.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
- Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"
- Orban: "Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub"
- Zelenski NATO-ya üzvlüklə bağlı: Ukrayna alyansa daxil olarsa, hərbçilərinin sayını azaldacaq?
- Viktor Orban Volodimir Zelenskiyə səsləndi
Rəylər