Dek
2019
13:59
26
112
2370
Virtual karabakh

DGK sədri: Xəyali ixracatla məşğul olan ölkələr var

6 Dek, 2019
13:59
2370

DGK sədri: Xəyali ixracatla məşğul olan ölkələr var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzən bizi dırnaq arasında qınayan dövlətlər artıq bizimlə güzgü statistikası aparmaq istəmirlər.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Dövlət Gömrük Komitəsi istənilən dövlətlə statistik məlumat mübadiləsi aparmağa tam hazırdır:

“Başlanan və uğurla aparılan islahatlar qısa müddət üçün hesablanmayıb. Əgər ticarət etdiyimiz dövlətlərə bu tip sorğular gedirsə, bu o deməkdir ki, şəffaflaşma ilə bağlı ortada qalan problemlər aşkarlanıb aradan qaldırılacaq.

Sevindirici haldır ki, bəzən bizi dırnaq arasında qınayan dövlətlər ölkə başçısının son iki il ərzində bu istiqamətdə korrupsiya-rüşvətxorluqla bağlı apardığı islahatlardan sonra bizimlə şəffaf statistika mübadiləsi aparmaq istəmir. Çünki onların özündə şəffaflıq məsələsi müəmmalıdır. Bu da bizə məlumdur. Təbii ki, bunun da öz səbəbləri var.

İnanın ki, xəyali ixracatla məşğul olan ölkələr var. Özlərinin kölgə iqtisadiyyatlarının olması ilə bağlı problemlərin ortaya çıxmasından ehtiyat edən kifayət qədər ölkələr var. Əsas odur ki, biz bunu dünyaya bəyan edə bildik.

Qısa müddətdə Azərbaycanın ticarət əməliyyatları apardığı ölkələrə bunu rəsmi bəyan etməsi, ölkəmizdə aparılan islahatların şou xarakterli olmadığını sübuta yetirib. Onu da qeyd edim ki, cənab Prezidentin bu sahədə öz prinsipiallığı və bütün sahələrdə qalıcı və axıcı islahatları öz növbəsində bu sahəyə ciddi mesajdır”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri