Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mikayıl Cabbarov: Azad Ticarət Zonası 130 milyon nəfərlik bazara xidmət göstərəcək
İnşası davam etdirilən Bakı beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynayacaq.
Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclasında deyib.
O bildirib ki, Azad Ticarət Zonası yaxın gələcəkdə beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynayacaq.
Nazir deyib ki, bununla yanaşı, həm də yerli istehsalın təşviqinə, “Made in Azerbaijan” brendinin dünyada tanıdılmasında müstəsna xidmət göstərəcək.
“Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu, 130 milyon insanı əhatə edən bazara xidmət göstərməsi planlaşdırılır”, - deyə M.Cabbarov əlavə edib.
Aqşin Kərimov
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib