İyn
2020
15:21
6
69
1606
Virtual karabakh

Baş bankirdən koronavirus dövründə bank aktivləri ilə bağlı AÇIQLAMA

1 İyn, 2020
15:21
1606

Baş bankirdən koronavirus dövründə bank aktivləri ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda bank sektorunda stabillik qorunur. Bağlanan banklar istisna olmaqla, digərlərinin kredit portfeli cari ildə 2,8 faiz artıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, may ayında bu artım 0,8 faiz olub:

“Kredit portfelinin artımı biznes borcları ilə bağlıdır. İlin əvvəlindən biznes kreditləri beş faizə qədər artıb. May ayında da bu artım müşahidə edilir. İpoteka kreditləri 9,4 faiz artıb. May ayında bu kreditlərdəki artım 5,5 faiz olub”.

Sədr qeyd edib ki, pandemiya dövründə bankların balansında aktivlərin bir qədər pisləşməsi gözləniləndir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri