“Bağlanan dörd bankda əmanətlərin geri qaytarılması məsələsi iki hissəyə bölünüb. İlkin olaraq “Atabank” ASC və “Amrahbank” ASC-dəki əmanətlərin qaytarılma prosesinə agent bank olan “KapitalBank” vasitəsilə 1 iyundan başlanıldı”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, banklarda 30 min manata qədər olan vəsaitlərin kompensasiyası 1 iyun, 30 min manatdan yuxarı olanlar isə 1 iyuldan başlayaraq ödəniləcək:
“AGBank” ASC və “NBCBank” ASC-dəki əmanətlərin qaytarılması prosesində agent bank kimi “Beynəlxalq Bank” seçilib. İyuldan əmanətlər veriləcək. Burada 680 milyon manat sığortalanıb. Hesablamalar başa çatdıqdan sonra bu rəqəm bir faiz dəyişə bilər”.
İlhamə Əbülfət